Siyasət

Milli Məclisin komitə sədri Xocalı soyqırımına görə İsrailə gedir

21 Fevral 2018 19:12
3 Şərh     Baxış: 644

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində Heydər Əliyev Fondunun dəstəyi və "Xocalıya ədalət" kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcək.

Səfər fevralın 25-də başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.