Siyasət

Ziyafət Əsgərov Rusiyadakı seçki kampaniyasından danışdı

21 Fevral 2018 18:50
Baxış: 702

"Rusiyada prezident seçkiləri çərçivəsində seçkiqabağı kampaniya konstruktiv, sakit və mövcud qanunvericiliyə uyğun olaraq davam edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Moskvada MDB Parlamentlərarası Assambleyasında beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bugünədək hər hansı bir qayda pozuntusunun qeydə alınmadığını vurğulayıb: "Müşahidəçilərimiz prezidentliyə namizədlərin qərargahlarında olub, nümayəndələrlə görüşüb. Hər hansı bir şikayət və ya narazılıq olmayıb".

O qeyd edib ki, hazırda MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupu 19 nəfərdən ibarətdir. Onlar Rusiya ərazisində uzunmüddətli müşahidəni həyata keçirir. Seçki gününədək qısamüddətli müşahidə prosesini həyata keçirənlərlə birgə qrup müşahidəçilərinin sayı 40 nəfərə çatacaq.

Z.Əsgərovun sözlərinə görə, qısmüddətli monitorinq zamanı müşahidəçilər diqqəti seçicilərin səsvermə proseduruna, səslərin sayılmasına və müxtəli səviyyələrdə səsvermənin yekunlarının elan olunmasına yönəldəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.