Siyasət

Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

20 Fevral 2018 17:40
Baxış: 940

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

Səfir qeyd edib ki, səfərin dəqiq tarixi məlum olmasa da, səfər may ayının sonunda gözlənilir.

O əlavə edib ki, səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eləcə də iki ölkə arasında birbaşa aviareyslərin tezliyinin artırılması məsələsi həll oluna bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.