Siyasət

Milli Məclisin deputatları Almaniyaya gedir

19 Fevral 2018 12:30
Baxış: 729

Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş simpozium keçiriləcək.

Milli.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.

Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq.

Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.

Səfər fevralın 25-də başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.