Siyasət

Gənc diplomatımz Sarkisyanı çətin vəziyyətə saldı - VİDEO

18 Fevral 2018 21:11
1 Şərh     Baxış: 2 365

Almaniyada Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan çətin vəziyyətə düşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sarkisyan Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, diplomat Sədi Cəfərovun sualları qarşısında aciz qalıb.
Panelin moderatoru sualların Ermənistan prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb.
Bütün bu cəhdlərə baxmayaraq Sədi Cəfərov öz nitqini tamalaya bilib. Lakin Ermənistan prezidenti diplomatın suallarına birbaşa cavab verməkdən yayınıb. O, Ermənistanın olmayan iqtisadi inkişafından danışıb. Sarkisyanın sözlərinə inansaq, ac Ermənistan adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayıb və təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf davam edir.
Bu arada Sarkisiyan Türkiyə-Ermənsitan münasibətlərindən də danışıb. O, beynəlxalq ictimayyəti yanıltmağa çalışaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmamasının əsas səbəbkarının elə Türkiyə olduğunu idda edib.
Məntiqsiz çıxışlarını davam etdirən Sarkisyan Turkiyə ilə danışıqların yeni sənəd üzrə aparılmalı olduğunu bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gənc diplomatımz Sarkisyanı çətin vəziyyətə saldı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.