Siyasət

Azərbaycan Estoniyanın şərq bazarlarına çıxışına kömək edə bilər

18 Fevral 2018 09:10
Baxış: 1 117

Estoniya Azərbaycanı İran, Yaxın Şərq və Hindistan bazarlarına çıxış üçün potensial dəhliz qismində nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin iqtisadi inkişaf üzrə vitse-kansleri Vilyar Lubi deyib.

Onun sözlərinə görə, Estoniyanın dəmir yolu şirkətləri və limanları Azərbaycanın dəmiryol qurumu və Bakı Beynəlxalq dəniz ticarət limanı ilə yaxşı münasibətlərə malikdir: "Hazırda Estoniya Skandinaviya, Yaxın Şərq və Mərkəzi Asiya arasında nəqliyyat dəhlizinin açılması üzərində işləyir. Bu kontekstdə Estoniya Bakı ilə Tehran arasında əməkdaşlığın inkişafını diqqətdə saxlayır".

Vitse-kansler vurğulayıb ki, Azərbaycan İran bazarına çıxışda çox vacib rol oynayır.

Qeyd edək ki, Azərbaycan və İran regionun digər ölkələri ilə birgə Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiyanı birləşdirəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.