Siyasət

Prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 6 müraciət daxil olub

17 Fevral 2018 17:24
Baxış: 696

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib.

MSK sədri vurğulayıb ki, müşahidə aparmaq istəyənlərə şərait yaradılır: "Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olarsa, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.