Siyasət

İlham Əliyev Litva Prezidentini təbrik etdi

15 Fevral 2018 18:03
Baxış: 290

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, ikitərəfli səviyyədə və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.