Siyasət

Azərbaycan və Albaniya arasında niyyət məktubu imzalanıb - FOTO

15 Fevral 2018 17:26
Baxış: 669

Bu gün Bakıda "SOCAR Balkan" və Albaniyanın "Albgaz" şirkətləri arasında niyyət məktubu imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, imzalanma mərasimi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda keçirilib.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.