Siyasət

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı

14 Fevral 2018 18:44
0 Şərh     Baxış: 1 369

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Milli.Az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib.

Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.