Siyasət

MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"

14 Fevral 2018 17:48
Baxış: 694

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: "Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır. Sonra etibarsız imzalara görə namizədlik qeydə alınmayanda bunu başqa cür yozurlar".

MSK sədri, həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına toxunub. O qeyd edib ki, yaxın günlərdə kameraların quraşdırılmasına başlanılacaq.

M.Pənahovun sözlərinə görə, kameralar Azərbaycanın bütün coğrafiyasını əhatə edəcək.

MSK sədri vurğulayıb ki, seçki günü səhər saat 07:30-dan başlayaraq bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.