Siyasət

MSK daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi

14 Fevral 2018 16:47
Baxış: 1 719

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudov, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.