Siyasət

"Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir"

14 Fevral 2018 13:08
0 Şərh     Baxış: 437

"Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq sazişinin Azərbaycan-Moskva əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir qeyd edib: "Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafında əldə olunan mühüm nəticələrdən məmnunuq".

E.Məmmədyarov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq da qarşılıqlı hörmət və qarşılıqlı səmərəli iş birliyi əsasında inkişaf edir:

"Aİ ilə münasibətlərin inkişafına böyük diqqət ayrılır. Hərçənd Azərbaycan-Rusiya və Azərbaycan-Aİ münasibətləri müxtəlif müstəvilərdə inkişaf edir və ilk növbədə xalqlarımızın rifahına xidmət edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.