Siyasət

Qulam İsaqzai: "BMT Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək"

14 Fevral 2018 12:04
0 Şərh     Baxış: 186

"Azərbaycan və BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində gələcək addımları müzakirə edəcəklər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai deyib.

O qeyd edib ki, əsas məqsəd prioritetlərin müəyyən edilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün atılmalı olan siyasi addımların müzakirəsidir:

"Biz hesab edirik ki, bu məqsədlərə nail olmaq Azərbaycan cəmiyyətinə müsbət təsir göstərəcək. Bizim reallaşdırmağı planlaşdırdığımız proqramlar əlilliyi olan şəxslər, qadın və uşaqlar üçün çox vacibdir. Burada söhbət həm şəhər, həm də kənd əhalisindən gedir. Ümumilikdə biz Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.