Siyasət

Rusiyalı musiqiçilərin adları arzuolunmaz şəxslər siyahısından çıxarılıb - YENİLƏNİB

14 Fevral 2018 16:17
5 Şərh     Baxış: 3 574

16:17

Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Yevgeni Novikovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Yevgeni Novikov, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Məktubunda Yevgeni Novikov 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Yevgeni Novikov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

Yevgeni Novikov həmçinin, "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Yevgeni Novikovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

----------
14:56

Dağlıq Qarabağa qanunsuz səfər edən "Sülh naminə musiqi" layihəsinin üzvü Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Xarici İşlər Nazirliyindən (XİN) Milli.Az-a verilən məlumata görə, Rusiya vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov, XİN-ə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Məktubunda D.Uvarov 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

D.Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

D.Uvarov həmçinin, "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

D.Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

-----------

13:31

Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Vitali Vatulya Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məktubunda Vitali Vatulya 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

V.Vatulya Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

V.Vatulya, həmçinin "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Musiqiçinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

---------

11:45

Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Mariya Nemtsovanın adının arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Mariya Nemtsova, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Məktubunda Mariya Nemtsova 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Mariya Nemtsova Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

Mariya Nemtsova həmçinin, "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Mariya Nemtsovanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Rusiyanın məşhur pianoçularından biri olan Mariya Nemtsova bir sıra beynəlxalq müsabiqələrin qalibi, mükafatların sahibidir. "Sülh naminə musiqi" layihəsinin müəllifi olan pianoçu tanınmış saksafonçu Vitali Vatuley ilə birlikdə dünyanın problemli, münaqişəli, qaynar nöqtələrində konsertlər və ustad dərsləri verir. 

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Şərh yaz:

5 Şərh:

  • Anonim
    ert · 14 Fevral 12:4400

    Böyük addımdır, təbriklər olsun. (Cinayətkar, işğalçı, günahsız insanların qanına bulanmış nasist erməni burulğanından geri qayıtmamaq şərti ilə kim nə qədər tez çıxsa o qədər yaxşıdır.)

    Cavab yaz
  • Anonim
    XXXX · 14 Fevral 13:1850

    ingilis bayragi kimi bir oyana, bir bu yana. kim bilir ne niyyeti var.Kime lazimsan axi sen Cocuq Mercanda?.

    Cavab yaz
    • Anonim
      Məzahir · 14 Fevral 14:5240

      Belə çıxırki bunlar hamısı əvvəlcə Qarabağa gedəcək, sonra da üzr istəyib bağışlanacaqlar?Bu nəyi dəyişir?

      Cavab yaz
      • Anonim
        XXXX · 14 Fevral 19:3910

        beli, bagislanaqlar, sonra yeniden gedecekler. Mence onlarin Azerbaycana girisini qadagan etmek lazimdir.

        Cavab yaz
  • Anonim
    Samire · 14 Fevral 20:5620

    Indiye kimi cox Rusiya muqennilerinnen incimisik,Qarabaqa getdiklerine gore.Sonra ise onlari, hec ne olmamis kimi, sufremizin bashinda otuzdurmusuq....Bizim de ozelliyemiz budu..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.