Siyasət

Türkiyəli deputat: "Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik"

14 Fevral 2018 08:30
0 Şərh     Baxış: 763

"Bakı Ankaraya olan dəstəyini heç vaxt kəsməyib və Türkiyə qardaş Azərbaycanın dəstəyini həmişə hiss edib".

Milli.Az bildirir ki, bunu Trend-ə xüsusi açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Mətin Külünk bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir və Türkiyə və Azərbaycan bir millət iki dövlətdir:

"Dünyada Türkiyə-Azərbaycan münasibətlərinə analoq tapmaq mümkün deyil, bu baxımdan Azərbaycan Türkiyənin ən önəmli qardaşı və özüdür".

Millət vəkilinin sözlərinə görə, son illər Türkiyə Cümhuriyyət tarixinin ən böyük hücumuna məruz qalıb:

"Türkiyə bir-birini təqib edən terror və hərbi çevriliş cəhdilə üz-üzə qaldı və Ankara bütün problemlərə səbəb olan Avropa və ABŞ-la mübarizə aparmaq məcburiyyətində qaldı. Bu mübarizə hələ də davam edir".

M.Külünk onu da əlavə edib ki, bu mübarizə zamanı qardaş Azərbaycan hər zaman Türkiyənin yanında olub.

Millət vəkilinin sözlərinə görə, son olaraq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsilə iki qardaş ölkənin münasibətləri daha da möhkəmlənib.

Bu gün Azərbaycan və Türkiyənin bölgədəki bir sıra üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas tərkib hissəsi olduğunu bildirən M.Külünk deyib ki, bu əlaqələr daha da genişlənəcək və güclənəcək:

"Türkiyə olaraq biz heç bir zaman ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyini əsla unutmayacağıq. Bundan əvvəl olduğu kimi, bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.