Siyasət

Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi təklif edilir

13 Fevral 2018 17:22
Baxış: 1 821

Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə deputat Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

A.Hüseynov qeyd edib ki, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub. Bunu nəzərə alaraq A.Hüseynov ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Qaradağ rayonunun Heydər Əliyev rayonu adlandırılmasını təklif edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.