Siyasət

MDB monitorinqlərə başlayıb

13 Fevral 2018 13:29
0 Şərh     Baxış: 481

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PAA) DİMBİ Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq təsdiq olunmuş İş Planına əsasən, uzunmüddətli monitorinqlərə başlayıb.

Milli.Az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumata görə, müxtəlif istiqamətlərdə həyata keçiriləcək monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək.

Qurumun Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və ekspertlər bu bölgələrdə monitorinq aparacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.