Siyasət

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

13 Fevral 2018 10:46
4 Şərh     Baxış: 880

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Oxucu · 13 Fevral 11:44190

    Bir vətəndaş kimi bilirəm ki, biz sülhün tərəfdarıyıq. Amma qarşı tərəfin günü-gündən Atəşkəs rejimini daha çox pozması bunu göstərirki, onlar sülh istəmir. Onlar istəyirki Aprel döyüşləri təkrarlansın. Onlar bilməlidirlərki, bu dəfə qüdrətli Azərbaycan ordusunun qabağında tab gətirə bilməyəcəklər. Ağına, bozuna baxmadan torpaqlarımızı geri alacağıq. Bir dənə murdar, şərəfsiz dığacıq yer üzündə qalmamalıdır ey başqa variant yoxdu.

    Cavab yaz
  • Anonim
    melek b · 13 Fevral 11:5070

    Allah esgerlerimizi qorusun.AMIN

    Cavab yaz
    • Anonim
      .. ه · 13 Fevral 16:4170

      AMIN.Allah onlari qorusun.Umidvaram werhi verersiniz.

      Cavab yaz
  • Anonim
    Dilek · 13 Fevral 17:4750

    Allah bütün esgerlerimizi qorusun.Amin.Inşallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.