Siyasət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI

12 Fevral 2018 18:17
Baxış: 2 346

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Salmanov Səxavət İbrahim oğlu - general-mayor

Əliyev Azad Hüseyn oğlu - polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Qarayev Natiq Sahib oğlu - polkovnik

Hüseynov Anar Rövşən oğlu - polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu - polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu - polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu - polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu - mayor

Ağayev Rahim Əlifağa oğlu - mayor

Cəfərov Elməddin Qulu oğlu - mayor.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.