Siyasət

Elmar Məmmədyarov Qafqazı geosiyasi zəlzələ regionuna bənzətdi

9 Fevral 2018 12:42
Baxış: 1 080

Azərbaycan sivilizasiyaların, Şərq və Qərbin, Asiya və Avropanın kəsişməsində körpü rolunu oynayır. Geosiyasi baxımdan tektonik hesab olunan bu regionda Azərbaycan sıx regional əməkdaşlıq və dostluq mühitinin möhkəmləndirilməsini, sülh, sabitlik və təhlükəsizlik həlqəsinin genişləndirilməsini təşviq edir. Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir. Bu mənada qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Milli.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin "Le Journal Du Parlement" jurnalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Türkiyə, Rusiya və İran arasında ikitərəfli əsasda qurulmuş dostluq və strateji əməkdaşlıq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnundur: "Azərbaycan hal-hazırda bu münasibətlərin üçtərəfli regional əməkdaşlıq formasında inkişafı ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan İran-Rusiya formatında olan regional əməkdaşlıq formatları bunun bariz nümunəsidir. Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir-yol sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir-yolları yalnız infrastruktur olmayaraq, xalqların rifahina, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir".         

Qeyd: Müsahibənin fransızca olan tam mətnini bu elektron ünvandan  oxumaq olar - http://lejournalduparlement.fr/politique/lazerbaidjan-pont-entre-civilisations

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.