Siyasət

Radikal müxalifət niyə "boykot" dedi? - VİDEO

6 Fevral 2018 21:09
Baxış: 2 115

Aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərarara özünü real müxalifət adlandıran Milli Şura və AXCP-nin münasibəti də özünəməxsus və ənənvi olub. Onlar bu seçkini boykot etdiklərini açıqlayıblar. Milli Şura və AXCP bu qərarını hər nə qədər müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsalar da, əslində ciddi səbəbləri var.

Əsas səbəblərdən biri radikal müxalifətin mövsümi fəaliyyətidir. Yalnız seçkidən seçkiyə gündəmə gəlib saman çöpü kimi parlayan müxalifət, əslində seçkiyə hazır deyil.
Halbuki, müxalifətin əsas missiyası daimi siyasi gündəmdə olmaq, alternativ fikir, konsepsiya irəli sürmək, bu və ya digər formada proseslərdə iştirak etməkdir. Faktiki olaraq iki seçki arasında olan 5 illik müddətdə müxalifətin başqa bir işi olmayıb. Belə bir sual ortaya çıxır. Əgər siz müxalifətdə olduğunuz müddətdə seçkiyə hazıraşmırdızsa, bəs onda nə işlə məğul idiniz?! Məhz bu baxımdan seçkinin 6 ay erkən keçirilməsinə müxalifətin boykot qərarı bəhanədən başqa bir şey deyil. Əslində seçkilərin apreldə yox, oktyabrda keçirilməsi də müxalifət üçün heç nəyi dəyişməyəcəkdi.
Boykot qərarının əsasında duran ikinci amil sosial bazanın olmamsıdır. Seçki ciddi bir siyasi institutdu. Sadəcə bəyanat verib, vaxtaşırı qarayaxma və böhtan dolu çıxşılarla bu prosesin yalnız formal iştirakçısı olmaq olar. Ciddi siyasi mübarizə və rəqabət aparmaq üçünsə sosial baza gərkdir ki, bu da müxalifətdə yoxdur. Milli Şura və AXCP-nin özü də yaxşı dərk edir ki, bu iş sosial şəbəkələrdə yaradılan süni aktivliyə bənzəmir, real dəstək lazımdır.
Radikal müxalifət üçün ən qızğın mübarizə vahid namizəd məsələsi uğrunda gedir ki, bu məslədə də yenə ortaq məxrəcə gələ bilmirlər və hər dəfə parçalana-parçalana gedirlər. Özünü iqtidara yeganə alternativ kimi təqdim edənlər əgər vahid namizəd məsələsində bu qədər fikir ayrılığı yaşayırlarsa, hansı siyasi komandadan söhbət gedə bilər? Bir höküməti təşkil edəcək qədər üzə çıxarılası siyasi fiquru olmayanlar, dövləti necə idarə edə bilər?!

Müxalifətin yeganə doğru arqumenti seçkinin erkən keçirilməsinin onların planlarını alt-üst etməsidir. Çünki onlar "siyasi fəaliyyətləri"ni 2 ay yox, 8 aya yayaraq uzun müddət gündəmdə qalmağı, xarici havadarlarından gələn sifarişlərin müqabildə daha çox pul almağı düşünürdülər. Yəqin ki, elə təəssüfləndikləri əsas məqam da məhz budur.
AXCP və Milli Şuranın boykot qərarı onların prizmasından yanaşdıqda ən ideal qərar kimi görünür. Çünki heç bir nüfuzu olmayan radikalların seçkidə növbəti biabırçı məğlubiyyəti onların yeganə dəstəyi olan xarici havadalarının da üz döndərməsi ilə nəticələnə bilər. Bu zaman onlar "5-ci kalon" kimi də öz missiyalarını yerinə yetirməmiş olacaqdılar. Elə buna görə də, seçkini boykot edərək, mitinq qərarı qəbul ediblər. Əslində bu xaricdəki ağlara bir mesajdır ki "biz mitinqlər keçirərək mübarizə aparırıq, yəni biz heç də tükənməmişik".
Əslində isə bu qərar özü bir siyasi tükənmişliyin təzahürüdür. Çünki seçkiləri boykot etmək, demokratik siyasi mübarizə formalarından yayınmaq radikal müxalifətin ənənəvi taktikasıdır. Bu cür siyasi cığallığı onlar dəfələrlə ediblər. İndiyə qədər normal bir siyasi konsepsiya ortaya çıxara bilməmələri, alternativ fikir söyləyə bilməmələri, yeni bir siyasi gediş edə bilməmələri müxalifətin dar və cılız təfəkkürünün göstəricisidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Radikal müxalifət niyə

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.