Siyasət

AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır

22 Yanvar 2018 16:45
0 Şərh     Baxış: 590

Avropalılar artan münaqişələrdən narahatdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib.

M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".

O qeyd edib ki, dövrün çağırışlarını həll etmək üçün qurumun bütün 47 üzv dövlət və nümayəndə heyətlərinin fəal iştirakı vacibdir.

Qeyd edək ki, M.Nikoletti bu gün AŞ PA-nın yeni sədri seçilib. AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa verdikdən sonra isə Stella Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da müvəqqəti seçilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.