Siyasət

Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük - Ərdoğan

20 Yanvar 2018 22:02
3 Şərh     Baxış: 2 004

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o bu barədə Twitter-də yazıb.

"28 il  bundan əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canında keçən şəhidlərin xatirəsini ehtiramla yad edirəm. Biz azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə həmişə Azərbaycanın yanında olacaq", - yazıda deyilir.

Ərdoğan öz Twitter səhifəsində Azərbaycan və Türkiyə bayraqlarından, həmçinin  #20Yanvar heşteqindən istifadə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.