Siyasət

Əməliyyat olunan İsa Qəmbərdən YENİ XƏBƏR

17 Yanvar 2018 13:23
1 Şərh     Baxış: 2 503

Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər dünən reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.

Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: "Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar".

İ.Qəmbərin evə buraxılması məsələsinə gəlincə F.İbrahimov qeyd edib ki, sabah o, təkrar müayinədən keçiriləcək və dəqiq qərar veriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.