Siyasət

Boyko Borisov: Azərbaycan və Bolqarıstan arasında birbaşa nəqliyyatın mövcudluğu turizmi inkişaf etdirməyə rəvac verəcək

15 Yanvar 2018 21:04
Baxış: 369

Azərbaycan və Bolqarıstan arasında birbaşa nəqliyyatın mövcudluğu turizmi inkişaf etdirməyə rəvac verəcək.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

aş nazir qeyd edib ki, Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: "Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır.

Təbii ki, Brüsseldə bizim həmkarlarımızla söhbət zamanı Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsinin boykot edilməsi tendensiyası müşahidə olunurdu. Kimsə bu tədbiri pozmağa çalışırdı. Biz bunu bilirik. Təbii ki, bununla bağlı bizim başqa mövqeyimiz vardı. Deməzdim ki, bu, hansısa ayrıca bir siyasətdir. Viza rejiminin sadələşdirilməsi də əlaqələrimizin genişləndirilməsinə töhfə verə bilər. Mən öz üzərimə məsuliyyət götürərək, Avropa İttifaqındakı həmkarlarımla Ukrayna, Gürcüstan və Moldova ilə viza rejiminin asanlaşdırılmasını müzakirə etdim. Düşünürəm ki, biz bu istiqamətdə rahat fəaliyyət göstərə bilərik. Mən bunu etməyə çalışa bilərəm. Amma bu, Avropa İttifaqındakı əsas həmkarlarımdan da asılıdır. Sizə təşəkkür edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.