Siyasət

Boyko Borisov: Bakı-Sofiya aviareysin açılışı turizmin və işgüzar münasibətlərin inkişafına töhfə verəcək

15 Yanvar 2018 18:47
Baxış: 932

Bakı və Sofiya şəhərləri arasında birbaşa aviareysin açılışı iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına töhfə verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

"Bu vaxta qədər razılaşdırdığımız bütün məsələlərin hər zaman həll olunması çox gözəldir", - deyən Baş nazir artıq ölkələrin qarşısında yeni tapşırıqların dayandığını bildirib.

B.Borisov əlavə edib ki, iki ölkənin xalqları arasında hədsiz qarşılıqlı hörmət var.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.