Siyasət

"Dağlıq Qarabağ münaqişəsi tərəflərinin iştirakı ilə həll edilə bilər" - Lavrov

15 Yanvar 2018 12:46
Baxış: 1 480

Dağlıq Qarabağ münaqişəsini yalnız tərəflər özləri həll edə bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında deyib.

S.Lavrov deyib: "Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, Rusiyanın bu məsələ ilə bağlı konkret planı ola bilməz, çünki problemi yalnız tərəflər özləri həll edə bilər. Rusiya ABŞ və Fransa ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri qismində həll üçün şəraitin yaradılması məqsədilə əlindən gələni edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.