Siyasət

Azərbaycan nümayəndə heyəti AŞPA-nın sessiyasında yeni tərkibdə iştirak edəcək

5 Yanvar 2018 15:04
Baxış: 591

Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında iştirak edəcək.

Milli.Az xəbər verir ki, Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.