Siyasət

Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi ofisinin işçilərinin artırılması təklifinə müsbət yanaşır

28 Dekabr 2017 12:03
Baxış: 609

"Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı müzakirələr aparılıb: "Azərbaycan tərəfi şəxsi heyətin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır".

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin son bəyanatında da bu məqam öz əksini tapıb: "Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.