Siyasət

Aİ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrarlayır - RƏSMİ

20 Dekabr 2017 15:40
1 Şərh     Baxış: 715

"Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır və biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünu dəstəkləyirik".

Milli.Az xəbər verir ki, bunu Aİ-nin sözçüsü təşkilatın ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.

Aİ-nin sözçüsü qeyd edib ki, təşkilat Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi Prezident Donald Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə etdiyi səfər zamanı da ifadə edib.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Aİ rəsmisinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün Aİ-nin hərtərəfli və fəal iştirakı şübhəsizdir: "Biz bu fəaliyyətimizi əsasən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz vasitəsilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün göstərdikləri səyləri dəstəkləməklə və öz əlavələrimizi etməklə yerinə yetiririk".

Təşkilatın sözçüsü qeyd edib ki, Aİ münaqişənin həlli yolunda etimad və sülhün bərqərar olmasına kömək edir və bu istiqamətdə Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli Naminə Avropa Tərəfdaşlığı proqramını həyata keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.