Siyasət

Macarıstanda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO

12 Dekabr 2017 23:21
Baxış: 608

12 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları ilə birgə ölkədə təhsil alan tələbələr iştirak etmişdir.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə,tədbirin əvvəlində Heydər Əliyevin Səfirlikdəki büstü önünə gül çələngi qoyulmuş və ulu öndərin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra səfirliyin müşaviri Zaur Şükürov çıxış edərək, Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışmışdır. Z.Şükürov Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, xilaskarı kimi Azərbaycan xalqının xatirəsində daima yaşayacağını, Heydər Əliyev irsinin hələ neçə illər boyu tədqiqat mövzusu olacağını söyləmişdir.

Daha sonra Z.Şükürov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini, dövlətimizin daha dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmışdır.

Z.Şükürov həmçinin, Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinin gələcək nəslə ötürülməsi, Azərbaycan mədəniyyətinin, incəsənətinin və ümumiyyətlə Azərbaycan həqiqətlərinin geniş miqyasda təbliği istiqamətində əhəmiyyətli rolundan bəhs etmişdir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.