Siyasət

Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb

12 Dekabr 2017 23:19
Baxış: 433

Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, anım mərasimində səfirliyin əməkdaşları, diaspor təşkilatlarının fəalları və ictimaiyyət nümayəndələri səfirlikdə Ulu Öndərin büstü önünə əklil qoyub, böyük şəxsiyyətin əziz xatirəsini yad ediblər.

Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Onun Azərbaycanın ən çətin illərində siyasi hakimiyyətə qayıdaraq ölkəmizdə hökm sürən xaos və anarxiyanın qarşısını aldığını, bugünkü müasir müstəqil Azərbaycanın banisi kimi adını tarixə yazdığını qeyd ediblər. Çıxış edənlər Ulu Öndərin tarixdə əvəzolunmaz lider, qüdrətli dövlət başçısı, Azərbaycanın xilaskarı kimi qaldığını, dahi rəhbərin bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etdiyini, həmişə xalqa arxalandığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafında misilsiz xidmətləri var. Dahi rəhbərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.

Tədbir çərçivəsində səfirlikdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar təqdim olunub, sənədli film nümayiş etdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.