Siyasət

“Milliyət” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib - FOTO

12 Dekabr 2017 21:23
Baxış: 1 156

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bu ölkədə nəşr olunan çoxtirajlı "Milliyət" qəzetində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığına həsr olunan "Böyük öndərin böyük rəhbəri" sərlövhəli məqalə ilə çıxış edib. Məqalədə ulu öndər Heydər Əliyevin siyasi prinsipləri və görkəmli şair Hüseyn Cavidin ideyaları arasında paralellər aparılıb.

Müəllif ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidə doğma münasibətindən bəhs edir. O yazır ki, Heydər Əliyev Hüseyn Cavid ideyalarını özünün həyat amalı, fəaliyyət prinsiplərinin rəhbəri kimi qəbul edib. Hüseyn Cavid Azərbaycan xalqının yüksək mədəniyyətini, dünyada sülh və əmin-amanlığı, türkçülük ənənələrini öz əsərlərində təbliğ edib. Cavidin əsərlərini sevə-sevə oxuyan, onun yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev böyük şairin həyat prinsiplərini öz siyasi fəaliyyətində tətbiq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.