Siyasət

Azərbaycanla Aİ arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlarda tərəqqi var

12 Dekabr 2017 12:30
Baxış: 1 293

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması ilə bağlı aparılan danışıqlarda tərəqqi var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, dekabrın 15-i keçiriləcək növbəti konfransda enerji və ekoloji məsələlər müzakirə olunacaq: "Sazişin qalan blokları üzrə müzakirələr isə gələn ilin əvvəllərində aparılacaq".

M.Məmməd-Quliyev bildirib ki, danışıqlar gələn ilin sonuna kimi uzana bilər: "Siyasi blokda bəzi irəliləyişlər var, ticarət və investisiya üzrə isə bir qədər ləngimələr var".

Nazir müavini əlavə edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması aktual olaraq qalır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.