Siyasət

Ərdoğan: "Ermənistan özünü bütün enerji və digər regional layihələrdən təcrid edib"

7 Dekabr 2017 14:56
0 Şərh     Baxış: 939

Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.

Türkiyə prezidenti Gürcüstanla Türkiyə arasındakı münasibətləri Ermənistanla Türkiyə arasındakı münasibətlərlə müqayisə edib və vurğulayıb ki, Gürcüstan özü üçün firavan gələcək təmin edib: "Türkiyə ilə dostluq edən dövlətlər çiçəklənir, düşmənçilik edən dövlətlərin isə gələcəyi yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.