Siyasət

Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatdı - YENİLƏNİB

6 Dekabr 2017 23:40
Baxış: 2 311

23:40

Viyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirilən görüşü başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Tvitter" səhifəsində yazıb.

----------

21:18

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşür.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.