Siyasət

İrəvanda Sülh Platformasının ofisi açılacaq

5 Dekabr 2017 13:28
0 Şərh     Baxış: 762

"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın İrəvanda ofisinin açılması istiqamətində iş aparılır.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a "Ermənistan-Azərbaycan Sülh Platforması"nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Okrayabr ayında Tbilisidə keçirilən "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın 1-ci Qurultayında Nizamnamənin təsdiq olunduğunu qeyd edən R.Rzayev bildirib, qurultayda yeni yanaşma ortalığa qoyulub və platformanın yeni tərkib seçilib:

"Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib. Eyni zamanda Platformanın yeni yanaşması ilə bağlı müəyyən tədbirlər planı nəzərdə tutulub. Bu plana uyğun fəaliyyətimizi davam etdiririk". 


R.Rzayev qeyd edib ki, bu yaxınlarda yeni görüşlər keçiriləcək: "Bu istiqamətdə nəzərdə tutulan bütün addımları həyata keçiririk. Yaxın zamanlarda növbəti böyük görüşümüz olacaq. Bu dəfə Gürcüstanda qeydiyyata alınmağımız, Bakıda, Tbilisidə, İrəvanda ofislərin açılması müzakirə olunacaq. Bu istiqamətdə fəaliyyətimiz davam edir". 
 
Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.