Siyasət

"Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq" - İran parlamentinin üzvü

4 Dekabr 2017 17:34
7 Şərh     Baxış: 1 041

"Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik". 

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında İran parlamentinin Urmiyadan olan üzvü Seyid Hadi Bahaduri İran mətbuatında qondarma "DQR"-in "xarici işlər naziri" Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib.
 
H. Bahaduri M. Mailyanın fikirlərini tənqid edərək bildirib ki, onun bu addımı qərəzli, düşüncəsiz və qeyri-diplomatikdir: "Mən rəsmi şəkildə işğal olunmuş ərazilərdə hər hansı fəaliyyətin, artıq hərəkətlərin olmasını pisləyirəm və ölkənin aidiyyəti qurumlarından gözləyirəm ki, bu sahədə addımlar atsınlar. "Şərq" qəzeti də ölkənin milli təhlükəsizliyinin əksinə davranaraq demokratiya adı ilə problem yaratmamalıdır".
 
H. Bahaduri İran və Azərbaycan arasındakı mövcud əlaqələrə toxunaraq deyib ki, xüsusilə iqtisadi sahədə əməkdaşlıq perspektivləri böyükdür və bu əməkdaşlıq gücləndirilməlidir: "İqtisadi və təhlükəsizlik baxımından əməkdaşlığı inkişaf etdirmək hər iki ölkənin xeyrinədir. Azərbaycanda əməkdaşlıq üçün geniş potensial var".
 
Qeyd edək ki, İranda islahatçılar düşərgəsinə yaxın olan "Şərq" qəzeti şənbə günü  qondarma "DQR"in "xarici işlər naziri" Masis Mailyanın müsahibəsini dərc edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.