Siyasət

Nazir: "İran Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir"

1 Dekabr 2017 13:21
Baxış: 556

İran Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda VII nazirlər konfransında çıxışı zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur: "Nazirlər görüşündən əlavə, Azərbaycan Prezidenti İlham Əliyevlə gözəl söhbətimiz baş tutdu. Bu söhbət zamanı ikitərəfli və beynəlxalq münasibətlər müzakirə olunub".

Nazir əlavə edib ki, Azərbaycan İranın yaxşı qonşusudur və münasibətlərin inkişaf etdirilməsi davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.