Prezident İlham Əliyevin fikirləri AB ölkələrinin mövqeyinə də təsir göstərəcək.
"Prezident İlham Əliyevin Brüsselə səfərinin əsas məqsədi Avropa Birliyi ilə uzun müddətdən bəri həyata keçirilən əməkdaşlığın nəticəsi olaraq hazırki mərhələdə "Şərq Tərəfdaşlığı" sammitində iştirak və burada tərəfdaşlığa dair bir sıra mühüm sənədlərin imzalanmasıdır. Burada əsas məqam odur ki, NATO həmin siyasi-iqtisadi münasibətlərin qarantı kimi çıxış edir".
Bunu Milli.Az-a açıqlamasında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin ehtiyat üzvü, millət vəkili Zahid Oruc bildirib.
Azərbaycan Prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib - FOTO
Onun fikrincə, Azərbaycan NATO və Qərblə münasibətlərində düzgün siyasət yürüdür: "Azərbaycan müxtəlif dönəmlərdə regional təhlükələrin xarakterindən asılı olaraq öz xarici siyasət kursunda addımlarını korrektə edib. Məsələn, biz bir müddət NATO ilə daha sıx proqramlarda çalışırdıq və bu, gələcəkdə hətta üzvlük üçün fəaliyyət proqramı səviyyəsinədək inkişaf edə bilərdi. Lakin sonrakı dövrdə regionda qüvvələr nisbəti dəyişdikcə Azərbaycan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO-ya üzvlük məsələlərini qətiyyən qabartmadı. Bu, düzgün yanaşma idi, çünki dövlətlərin siyasəti dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmalıdır.
Prezident İlham Əliyev: "Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir" - FOTO
Z.Oruc hesab edir ki, Azərbaycan prezidentinin Brüssel səfəri Dağlıq Qarabağ probleminin həllinə düzgün olmayan yanaşmalara da təsir edə bilər: "Şübhəsiz, prezident İlham Əliyevin bu sammitə qatılmasında məqsəd ərazi bütövlüyü problemini ən üst səviyyəyə daşımaqdır. Bu da hazırda yetərincə düzgün addımdır. Çünki işğalçı Ermənistanın bu qurumla əlaqələrinin hansı səviyyədə inkişaf etdiyi bəllidir. Yəni iqtisadi və hərbi cəhətdən qucağını müəyyənləşdirmiş dövlət əslində, qətiyyən Qərbin tərəfdaşı ola bilməz. Lakin hansısa mərkəzlərdə razılaşdırılmış bir oyun gedir. Müəyyən mərhələlərdə Ermənistan öz əsl məramını üzə çıxaracaq, ermənilərin orada müxtəlif dezinformasiyalar və pozuculuq fəaliyyətini də görəcəyik. Hətta İrəvanın həmin 6-lıq ölkələrinin formatının pozulması üçün addımlar atacağı da istisna deyil. Yəni belə demək mümkünsə, onlar orada casusluq edirlər. Lakin ermənilər həm də Qarabağ məsələsini bu müstəvidə qoyaraq Qərbin vasitəsilə Azərbaycanın ərazi bütövlüyü üzərində sual işarəsi qoyulmasını istəyirlər.
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində