Siyasət

Merkel: "Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə əsas rol oynadığı aydındır"

24 Noyabr 2017 16:20
0 Şərh     Baxış: 1 474

"Avropa İttifaqı üçün aydındır ki, Rusiya "Şərq tərəfdaşlığı" ölkələri ilə münasibətlərdə əsas rol oynayır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Şərq tərəfdaşlığı" sammitinin açılışında Almaniya kansleri Angela Merkel bəyan edib.
 
O, "Şərq tərəfdaşlığı" əhəmiyyətinə toxunaraq bildirib ki, əsas məqamlardan biri insanların həyat səviyyəsinin yüksəldilməsi və demokratiyanın inkişafıdır, digəri isə təhlükəsizlik məsələsidir: "Bu üzdən də Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzaladığımız üçün çox sevinirəm. İndi isə Ermənistan və Azərbaycanla tərəfdaşlıq haqqında saziş imzalayacağıq. Doğrudur, bu, Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin biz onlarla əməkdaşlıq edəcəyik. Aydındır ki, bu ölkələrin Rusiya ilə münasibətləri əsas rol oynayır. Bu səbəbdən də ümidvaram ki, bugünkü dialoq zamanı bu ölkələrdə daxili siyasi durumun hansı vəziyyətdə olduğunu anlayacağıq". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.