Siyasət

“Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir” - Aİ Şurasının sədri

23 Noyabr 2017 21:21
0 Şərh     Baxış: 468

Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində işlər gedir və biz bu ölkə ilə təmasları genişləndiririk. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Aİ Şurasına sədrlik edən Estoniya prezidenti Kersti Kalyulayd Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində təşkil edilmiş press-tur iştirakçıları ilə görüşdə deyib.
O bildirib ki "Şərq Tərəfdaşlığı" ölkələrində islahatların genişləndirilməsi çox vacibdir və Aİ bu istiqamətdə bu ölkələrə dəstək verir: "2009-cu ildə "Şərq Tərəfdaşlığı" proqramı yaranandan bu vaxtadək Avropa İttifaqının bu proqrama dəstəyi 5,4 milyard avro dəyərində qiymətləndirilir". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.