Siyasət

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - NATO-nun baş katibi

23 Noyabr 2017 13:19
Baxış: 937

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Baş katib deyib: "Bu gün biz Cənubi Qafqazda regional təhlükəsizlik məsəsləsini müzakirə etdik. Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur. Aydındır ki, bu münaqişəsinin hərbi yolla həlli yoxdur".

Y.Stoltenberq əlavə edib ki, NATO-nun bu məsələnin həllində birbaşa rolu yoxdur.

Baş katib daha sonra qeyd edib ki, NATO ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir: "Sizin Ermənistan prezidenti ilə dialoqunuzun bərpa olunmasını eşitməkdən məmnunam. Biz sizi sülh danışıqlarını davam etdirməyə çağırırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.