Siyasət

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç-ın hesabatı

19 Noyabr 2017 18:33
1 Şərh     Baxış: 4 939

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) yanvar-iyun aylarına dair hesabatı açıqlayıb.

Milli.Az xəbər verir ki, BQXK-dən modern.az-a verilən məlumata görə, 540 şəxsin (120 ailə təsərrüfatı) ailə üzvlərinin cəbhəboyu icmalarda yaşayış şəratinin yaxşılaşdırılması ilə bağlı layihələrdə iştirakı təmin edilib.
 
3 mina qurbanı nağd pul yardımı sayəsində səhhətini və yaşayış şəratini yaxşılaşdırıb.
 
Eyni zamanda, hesabat dövründə 6 şəxsin meyiti BQXK-nin vasitəçiliyi ilə Azərbaycan tərəfinə qaytarılıb.
 
Bundan başqa, 28 dəfə saxlama yerlərinə başçəkmə həyata keçirilib ki, bu da 19 saxlama mərkəzində saxlanılan şəxslərlə rəftarı, saxlanma şəraitini yoxlamağa və onların ailələri ilə əlaqə saxlamlarına dəstək olmağa imkan verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.