Siyasət

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

18 Noyabr 2017 18:24
0 Şərh     Baxış: 563

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək.

Milli.Az bildirir ki, bu barədə APA-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib.
 
Bildirilir ki, T. Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək.
 
Aİ-nin mətbuat ofisindən yeni xüsusi nümayəndənin Dağlıq  Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verəcəyi ilə bağlı suala da cavab verilib: "Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi və inkişafı üçün əsas maneə olaraq qalır: "Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə atəşkəsə və münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarını bəyan ediblər. Aİ həmçinin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndə vasitəsi ilə  ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üzrə səylərini dəstəkləyir və bu səyləri tamamlayır. Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Avropa Əməkdaşlıq Proqramının icrası da daxil olmaqla, münaqişə boyunca sülh və etimad tədbirlərini təşviq edir"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.