Siyasət

"NATO-nun Türkiyəyə münasibətində qısqanclıq elementləri görünür" - Deputat

18 Noyabr 2017 13:26
Baxış: 1 236

"NATO-nun təlimlər zamanı öz tərəfdaşının, üzvü olan bir ölkənin yaradıcısı Mustafa Kamal Atatürkün və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın şəkillərini poliqonda hədəf qismində istifadə etməsi böyük təəssüf hissi doğurur".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, sonuncu minilliyə nəzər salsaq, dünyada baş verən proseslərdə Türkiyənin yaxşı mənada özünəməxsus rolu olduğunu görə bilərik: "Yəni Türkiyə dünyada yaxşı mənada öz sözünü demiş bir dövlətdir və bu gün də NATO-nun üzvü kimi təşkilat üçün böyük xidmətləri var. Əlbəttə Türkiyə kimi böyük bir dövlətin yaradıcısı olan tarixi bir şəxsiyyətin və dövlət başçısının şəkillərinə o tərzdə yanaşılması yolverilməzdir, tarixi şəxsiyyətlərə olan hörmətsizlikdir".

Deputat hesab edir ki, Türkiyə regionda söz sahibidir və Türkiyənin nüfuzu artdıqca NATO-nun ölkəyə qarşı bu cür münasibətində qısqanclıq elementləri müşahidə olunur.

Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.