Siyasət

Azərbaycan Prezidenti Latviya və Omanın dövlət başçılarını təbrik edib

17 Noyabr 2017 18:00
Baxış: 631

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti bRaymonds Veyonisə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a stinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və rifah arzulayıram.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.