Siyasət

Lavrovun Azərbaycana gələcəyi tarix MƏLUM OLDU

17 Noyabr 2017 15:35
1 Şərh     Baxış: 2 011

Rusiya xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, S.Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

E.Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiyada işgüzar səfərdə olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.