Siyasət

Prezident İlham Əliyev fələstinli həmkarını təbrik edib

14 Noyabr 2017 18:11
Baxış: 521

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.